Gürcüstanda ötən gün 39 nəfər koronavirusun qurbanı oldu

26 Yanvar 2022 18:42

Gürcüstanda son sutkada daha 17 530 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 39 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 5 087 nəfər müalicə olunaraq sağalıb.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19-a 1 092 684 nəfər yoluxub. Onların 977 832-si sağalıb, 14 813-ü isə dünyasını dəyişib.

Milli.Az