9-cu sinif şagirdi qayadan yıxılıb öldü

5 May 2010 19:43
Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18:00 radələrində baş verib.

Şahsoltanlı kənd sakini, 1995-ci il təvəllüdlü Kərimov Firuz Niman oğlu atasının fərdi təsərrüfatındakı mal-qaranı dağda otararkən yıxılıb və qayalara çırpılaraq dünyasını dəyişib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Hal-hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

/APA/