İraq parlamenti sədrinin iqamətgahına raket atıldı, 2 nəfər yaralandı

26 Yanvar 2022 10:38

İraq parlementinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına atılan raket nəticəsində 2 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İraq hökumətinə bağlı KİV şəbəkəsinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hadisə Ənbar əyalətinn Garma rayonunda baş verib. Bildirilib ki, parlament sədrinin doğulduğu Garma rayonuna 4 raketlə terror hücumu olub. Raketlərdən biri Məhəmməd əl-Halbusinin iqamətgahına düşüb.

Halbusinin ofisindən hadisə ilə bağlı açıqlama verilməyib.

Milli.Az