Bir həftə davam edən toy başa çatdı - FOTO

26 Yanvar 2022 11:44

Bruney sultanı Hassanal Bolkiahın 36 yaşlı qızı Fadzillanın toyu başa çatıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şahzadə Avanq Abdullah Nabil Mahmud Al-Hashimi adlı gənclə ailə qurub. Cütlük toya brilliantlar, bahalı daş-qaşlarla bəzədilmiş geyimlərdə qatılıb.

Yanvarın 16-da başlayan toy bir həftə davam edib.

Qeyd edək ki, sultan Hassanal Bolkiah dünyanın ən varlı insanlarından biridir. Onun 20 milyard dollara yaxın sərvəti var.

Milli.Az