Xilasedicilər hamiləni doğuma bir neçə dəqiqə qalmış xəstəxanaya çatdırdılar - FOTO

26 Yanvar 2022 17:36

Türkiyənin İstanbul şəhərində hamilə qadını xəstəxanaya aparan təcili yardım maşını güclü qar səbəbindən yolda qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Mevüde Kızğinin köməyinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yetişib.

Onlar doğuşa 5 dəqiqə qalmış qadını xəstəxanaya çatdırıblar. Mevüde Kızğinin qızı dünyaya gəlib.

Həm ananın, həm də körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Milli.Az