Omikron peyvəndinin sınaqları başlayır

26 Yanvar 2022 19:24

BioNTech/Pfizer konsonsiumu koronavirusun "omikron" ştammına qarşı peyvəndin kliniki sınaqlarına başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu mərhələdə sınaqlar 18-55 yaşlı şəxslər arasında aparılacaq.

Tədqiqat zamanı həmçinin həm hazırkı Pfizer/BioNTech, həm də "omikron"a qarşı peyvəndin müxtəlif tətbiq sxemlərini müqayisə etmək üçün müxtəlif qruplar yaradılacaq.

Ümumilikdə sınaqlarda üç qrupa bölünməklə 1420 nəfər iştirak edəcək.

Milli.Az