Saatlıda telefon satışı mağazasında yanğın olub

25 Yanvar 2022 22:44

Saatlı şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı telefon satışı mağazasının 1 otağının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb, yüksək temperaturdan içərisindəki mallar əriyib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az