Hafiz Hacıyevin səhhətində problem yaranıb

25 Yanvar 2022 15:46

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevdən xəbər var.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, siyasətçinin durumu ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. MMP sədri keçirdiyi əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğunu qeyd edib:

"Bütün prosedurları keçirəm, həkim nəzarətindəyəm. İndi yaxşılığa doğru irəliləyirəm, yaxşıyam. Ürək damarlarıma stend qoyublar, ona görə də, həkimlər icazə vermir işə çıxmağa. Əməliyyatım uğurlu oldu, yaxın günlərdə işimin başına dönəcəm".

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.

Milli.Az