Əli Əsədov belaruslu həmkarı ilə telefonla danışdı

25 Yanvar 2022 12:34

Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, danışıq zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Milli.Az