Azərbaycanda bu tarixdən HAVA kəskin dəyişəcək - Qar yağacaq

25 Yanvar 2022 12:28

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti qeydə alınacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

***

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Milli.Az-a bildirib ki, ötən illə müqayisədə bu ilin yanvar ayı qarlı hava şəraitinin çoxluğu ilə fərqlənib.

"Qonşu Türkiyə və Rusiyada intensiv qar prosesləri müşahidə olunur, soyuq hava kütləsi cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olsa da, Azərbaycanda yanvarın 26-da hava şəraiti nisbətən mülayim keçəcək. Əksər rayonlarda axşama qədər hava şəraiti əsasən yağmursuz keçəcək, havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq", - deyə U. Tağıyeva bildirib.

***

Son günlər Türkiyə, Rusiya və İranda güclü qar yağmaları, hava şəraitinin kəskin pisləşməsi müşahidə olunur. Azərbaycanda isə hava şəraiti hələlik nisbətən mülayim keçir. Qonşu ölkələrdən qarlı hava kütləsi Azərbaycanda gözlənilirmi?

Məsələ ilə bağlı sualı cavablandıran, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Azərbaycanda bu cür intensivlikdə hava şəraiti gözlənilmir.

"Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, sonra isə qərb rayonlarındfan başlayaraq hava şəraiti yağıntılı olacaq. Həmin ərazilərdə qar yağacağı gözlənilir. Yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar və qar yağması gözlənilir. Əsasən dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, qarın intensiv olması planlaşdırılır. Türkiyə və digər ölkələrlə müqayisədə, bu proses daha mülayim və yumşaq olacaq.

Yanvarın 27-si günün ikinci yarısında axşama doğru respublikanın rayonları ilə yanaşı, paytaxtda şimal-qərb küləyi güclənəcək, küləyin sürəti 15-20, arabir 23-25 metr\saniyə olacaq. Yanvarın 28-i gündüz saatlarında hjava mülayimləşəcək. Yanvarın 28-i axşam külək kəsiləcək. Sonrakı 2-3 gün ərzində hava şəraiti sabit və mülayim olacaq",-deyə U. Tağıyeva bildirib.

Milli.Az