Acun "Qalatasaray"ın məşhur futbolçusunu transfer edir

25 Yanvar 2022 12:58

İngiltərənin "Hall Siti" klubunun yeni sahibi Acun İlicalı "Qalatasaray"da çıxış edən Rayan Babeli transfer etmək istəyir.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, türkiyəli iş adamı 35 yaşlı niderlandlı futbolçunu komandasında görmək niyyətindədir. İstanbul nəhəngi də yaşı və maaşının çox olması səbəbi ilə adıçəkilən oyunçuyla yolları ayırmağı planlayır.

Qeyd edək ki, 2019-cu ildən "cim-bom"da forma geyinən Babel bu mövsüm 26 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.

Milli.Az