Məşhur aktrisa qəza keçirdi: Ağaca çırpıldı

25 Yanvar 2022 12:40

Türkiyəli aktrisa Nurgül Yeşilçay çəkiliş zamanı qəza keçirib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktrisa əyləc əvəzinə qaza basıb və ağaca çırpılaraq maşını dayandıra bilib. 

Avtomobildə olan operator da başını kamerasına vuraraq kiçik xəsarət alıb. İkili çağırılan təcili yardımla xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. 

Qeyd edək ki, aktrisa "Son nəfəsimə" adlı serial ilə ekranlara dönməyə hazırlaşır. 

Milli.Az