Gürcüstanda koronavirusa sutkalıq yoluxma 15 mini ötüb

25 Yanvar 2022 11:16

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 762 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 075 154, ölənlərin sayı isə 14 774 nəfərə çatıb.

Virusa yoluxanlardan 972 745 nəfərin sağaldığı bildirilib.

Milli,Az