Sərkisyanın istefasının əsl səbəbi: Başqa ölkə vətəndaşıdır

25 Yanvar 2022 10:34

Ermənistanın istefa vermiş prezidenti Armen Sərkisyanın Karib ölkəsi Sent-Kits və Nevis vətəndaşlığına malik olduğu üzə çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hetq.am məlumat yayıb.

Bildirilib ki, Sərkisyan istefa açıqlamasında bir neçə səbəb sadalasa da, bunlar reallıqla uzlaşmır.

İstefaya əsas səbəb kimi məhz Sərkisyanın prezidentliyə qədər başqa bir ölkə vətəndaşı olması bildirilir.

Belə ki, erməni siyasətçi bu yaxınlara qədər Sent-Kits və Nevis vətəndaşlığını daşıyıb.

O, bir neçə il əvvəl sözügedən ölkədə biznesə investisiya yatırıb, daha sonra səhmlərini ailə üzvlərinin adına keçirib.

Qeyd edək ki, A.Sərkisyanın istefasını xarici ölkədə olarkən yazması da diqqət çəkmişdi.

Milli.Az