Hadise bu tarixdə ərə gedəcək

25 Yanvar 2022 09:08

Müğənni Hadise və iş adamı Mehmet Dinçerlerin toy tarixi bəlli olub. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, cütlüyün aprelin 27-də nikah bağlayacağı öyrənilib. 

Məlumata görə, həmin günün Hadise və Dinçerler üçün önəmi olub. Belə ki, 27 Aprel Qədir gecəsinə təsadüf edir. 

Qeyd edək ki, bir neçə gün öncə Mehmet Hadiseyə evlilik təklifi edib. Həmin anları müğənni instaqramda paylaşıb.

Milli.Az