“Omikron”a yoluxanların 73 %-nin şikayətləndiyi simptom

25 Yanvar 2022 09:06

Banqladeşli professor Nazmul İslam koronavirusun "Omikron" ştammına yoluxanların təxminən dörddə üçünün (73 %) burun axmasından şikayətləndiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, baş ağrıları xəstələrin 68 %-də müşahidə olunub, xəstələrin 64 %-i isə yorğunluq hiss edib.

Bundan əlavə, bu ştamma yoluxanların ən azı 60 %-i asqırma və ya boğaz ağrısından, 44 %-i isə öskürəkdən şikayətlənib.

Professor qeyd edib ki, sözügedən əlamətlər mövsümi qripin simptomlarına bənzəyir.

Milli.Az