Azərbaycanda oynamış futbolçu İrəvan klubuna keçib

25 Yanvar 2022 08:02

"Səbail", "Sabah" və "Keşlə" klublarının sabiq futbolçusu Yevgeni Koçuk Ermənistanın "Pünik" komandasına keçib.

Milli.Az "Report"a istinadən bildirir ki, moldovalı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib. 29 yaşlı oyunçu son olaraq, ölkəsinin "Zimbru" klubunda çıxış edib.

Milli.Az