Haitidə güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar var

25 Yanvar 2022 08:38

Haitinin cənubunda baş verən zəlzələ nəticəsində ən azı 52 nəfər xəsarət alıb.

Təbii hadisə zamanı iki nəfər ölüb. Zərbə nəticəsində 191 bina dağılıb, 664 binaya ciddi ziyan dəyib, 800-dən çox ailə evsiz qalıb.

Bazar ertəsi səhər Haitinin cənubunda, təxminən 35 min nəfər əhalisi olan Ans-a-Vo kommunasından 3 km kənarda 5,3 bal gücündə zəlzələ baş verib, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Sonra təxminən 30 min nəfər əhalisi olan Ptit-Rivyer-de-Nipp yaşayış məntəqəsindən 4 km kənarda 5,1 bal gücündə ikinci zəlzələ baş verib.

Milli.Az