Toğrul Əsgərova vəzifə təklif olundu - Karyerasını bitirir

24 Yanvar 2022 22:20

Londonda 2008-ci ildə keçirilən Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov idmançı karyerasını başa vurur.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, T.Əsgərova Azərbaycan Güləş Federasiyasında vitse-prezident postu təklif olunub.

Uzun müddətdir zədələrlə mübarizə aparan Olimpiya çempionu hələ ki, qərarını verməyib. Onun yaxın günlərdə qərarını açıqlayacağı bildirilir. Böyük ehtimalla Əsgərov karyerasını başa vurub federasiyanın vitse-prezidenti vəzifəsini icra edəcək.

Milli.Az