Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan

24 Yanvar 2022 21:35

Rəsmi Yerevan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində hazırlanmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.

N.Paşinyan bildirib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqqında çox danışılır. Bəli, sənəd imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu, sualdır və danışıqların nəticəsidir. Ermənistan bu danışıqlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik".

Milli.Az