Qar kütləsi İstanbul Hava Limanının yük terminalının damını çökdürüb

24 Yanvar 2022 21:25

İstanbul Hava Limanında "Türk Hava Yolları"na məxsus "Turkish Cargo"nun istifadəsində olan anbarın damı qar yığınları və çovğun səbəbindən uçub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı THY-nin mətbuat katibi Yəhya Üstün sosial media hesabından yayıb.

O, qeyd edib ki, insident nəticəsində xəsarət alan olmayıb.

Milli.Az