“Artik & Asti”nin yeni solisti Sevil kimdir?

24 Yanvar 2022 20:24

Rusiyanın məşhur "Artik & Asti" qrupunun yeni solisti bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, yeni ifaçı Rusiyada "Səs" yarışması ilə populyarlaşan Sevil Vəliyevadır. 

"Dostlar, nəhayət ki, qürurla sizə "Artik & Asti" qrupunun yeni simasını və səsini təqdim edə biləcəyim an gəldi. Tanıyın, bir çoxlarınızın artıq təxmin etdiyiniz kimi, bu Sevildir", - layihənin yaradıcısı Artyom Umrixin instaqramda qeyd edib. 

Qeyd edək ki, Rusiya və Ukrayna mətbuatı yazır ki, Sevil Vəliyeva 1992-ci il Fərqanədə anadan olub, qızın 3 yaşı olanda ailəsi Krıma köçüb.

Bildirilir ki, Vəliyevlərin əcdadları Özbəkistana deportasiya edilib və Simferopolda məskunlaşıb. 

Vurğulanır ki, S.Vəliyeva milliyyətcə Krım tatarıdır.

Lakin Sevil 2014-cü ilin payızında "Səs" layihəsində iştirak edərkən Azərbaycan xəbər portallarından biri müğənnini azərbaycanlı adlandırıb.

Milli.Az