Ermənistanda son sutkada daha 688 nəfərdə COVID-19 aşkarlanıb.
Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 352 399-a çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 028 nəfərdir.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 523 nəfərdir. İndiyədək 334 394 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 8 454 aktiv koronavirus xəstəsi var.
Milli.Az