Məşhur cütlük malikanələrini 28 milyona satır - FOTOlar

24 Yanvar 2022 17:18

Hollivud ulduzu Riçard Gir Aleksandra Silva 20 illik lüks villasını satır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nyu-Yorkda, 20 hektar ərazidə yerləşən dəbdəbəli malikanə üç mərtəbəlidir. Mülkdə 19 otaq var. Onlardan 8-i yataq otağıdır. Eyni zamanda mülkün böyük hovuzu və futbol meydançası var.

Cütlük villanı 28 milyon dollar müqabilində yeni sahibinə təqdim edəcək.

Milli.Az