Gürcüstanda daha 7 947 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb

24 Yanvar 2022 12:56

Gürcüstanda son sutkada daha 7 947 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 31 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 059 392-yə, ölənlərin sayı isə 14 732-yə yüksəlib.

Müalicə olunaraq sağalanların sayı isə 5 550 nəfər artaraq 967 585 olub.

Milli.Az