Mayın 6-na olan hava proqnozu
6 May 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hava gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək.
Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Milli.Az