Brilliant Dadaşovadan etiraf

24 Yanvar 2022 10:32

Xalq artisti Brilliant Dadaşova radiolara qulaq asmadığını açıqlayıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, məşhur müğənni bu barədə münsif olduğu "Səs Azərbaycan" vokal yarışmasında danışıb. 

İfaçı qeyd edib ki, musiqi sahəsində həvəskar ifaçılar çoxalıb:

"35 ildir səhnədəyəm! Hansı ailədə böyüdüyümü hər kəs bilir.  Məni təəccübləndirmək, düşündürmək çox çətindir. Heç bir radioya qulaq asmıram. Dəhşət pis, aşağı səviyyədə səslər eşidirəm. Həvəskarlar ortaya çıxıb".  

Milli.Az