Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

24 Yanvar 2022 09:38

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis polkovnik-leytenantı Abbas Orucov Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Milli.Az