Türkiyə “Akıncı” PUA-larının tədarükü üzrə ilk ixrac müqaviləsini imzalayıb

24 Yanvar 2022 10:50

Türkiyə "Bayraktar Akıncı" döyüş PUA-larının ixracına dair ilk müqaviləni imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Baykar Makina" şirkətinin baş direktoru Haluk Bayraktar məlumat verib. Onun mühərrikləri Ukrayna tərəfindən tədarük ediləcək.

"Bayraktar Akıncı" PUA üçün ilk ixrac müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, tədarüklər 2023-cü ilə planlaşdırılır", - deyə o, bildirib.

"Baykar Makina"nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb.

Milli.Az