Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək?

23 Yanvar 2022 22:40

Ermənistanda növbədənkənar prezident seçkilərinə qədər prezident səlahiyyətlərini müvəqqəti olaraq ölkə parlamentinin sədri Alen Simonyan icra edəcək.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu Ermənistanın Konstitusiyasında təsbit olunub.

Növbədənkənar seçkilər prezident istefa verdiyi tarixdən 25 gün tez və 35 gün gec olmayaraq keçirilməlidir.

Milli.Az