Yol qəzasında "BMW" yanıb

23 Yanvar 2022 22:20

Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az