Çay evində yanğın olub

23 Yanvar 2022 19:54

Biləsuvar şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli çay evinin dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az