“Borussiya”da Haaland şoku

23 Yanvar 2022 19:29

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haaland zədələnib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Bundesliqanın 20-ci turunda "Hoffenhaym"la səfər oyununda sıradan çıxıb. Haland 63-cü dəqiqədə Aksel Vitsellə əvəzlənib.

Qeyd edək ki, Haaland komandasının "Hoffenhaym"a qalib gəldiyi oyunda (3:2) ilk qolu vurub.

Milli.Az