Sumqayıtda yataqxanada yanğın olub

23 Yanvar 2022 19:00

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 1 ədəd sayğac, 2 ədəd açar və giriş kabeli 2 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az