Gəncədə ata və azyaşlı qızı dəm qazından zəhərlənib, ata ölüb

23 Yanvar 2022 18:15

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birində baş verib.

Həmin ünvanda yaşayan Ruslan Atamov və onun azyaşlı qızı, 2018-ci il təvəllüdlü Fatimə Atamova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaq, atanın həyatını xilas etmək mümkün olamyıb.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az