ABŞ İrandan husilərə yardım aparan gəmini ələ keçirdi

23 Yanvar 2022 16:52

ABŞ Hərbi Dəniz Qüvvələri İrandan Yəməndəki husilərə yardım aparan gəmini Ərəbistan dənizində saxlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu abrədə "Əl-Hədəs" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, gəmidə partlayıcı maddələrin hazırlamasında istifadə olunan 40 tona yaxın gübrə aşkar olunub.

Milli.Az