Ukrayna hərbçiləri Donbasda separatçını ələ keçirdi

23 Yanvar 2022 12:15

Qondarma Luqansk Xalq Respublikasının məlumatına görə, Ukrayna ordusu dünən axşam saatlarında LXR ordusunun 1 əsgərini əsir götürüb.

Milli.Az xəbər verir ki, bu barədə Luqanskdakı separatçıların nümayəndəsi İvan Filiponenko deyib.

"Yanvarın 22-də Svetlodarsk rayonunda patrul xidməti həyata keçirən Ukrayna hərbçiləri bir döyüşçümüzü əsir götürüblər", - separatçı bildirib.

Milli.Az