"Qalatasaray" "Barselona"nın üzvü ilə razılaşdı - Gəlir

23 Yanvar 2022 14:37

"Qalatasaray" heyətinə yeni qapıçı qatacaq.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngi "Barselona B"də çıxış edən  22 yaşlı ispaniyalı qapıçı İnaki Pena ilə razılıq əldə olunub. Adəçəkilən oyunçu mövsümün sonuna qədər "cim-bom"un şərəfini qoruyacaq.

Bildirilib ki, əsas qapıçı Fernando Musleranın zədələsi olması və hazırkı qolkiper İsmayıl Çipenin yaxşı çıxış etməməsi Domenek Torrenti bu addımı atmağa məcbur edib.

Milli.Az