Sabirabadda 44 yaşlı kişi dəm qazından zəhərlənib

23 Yanvar 2022 11:22

Sabirabad rayonunda yerli sakin dəm qazından zəhərlənib.

Milli.Az bildirir ki, hadisə Sabirabad şəhəri, Babək küçəsi 4-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Əliyev Elmir Balaxan oğlu evdə dəm qazından zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az