Bakıda gecə saatlarında dəhşət: Uşaq öldü, ana yaralandı

23 Yanvar 2022 09:08

Bakıda avtomobil ana və övladlarını vurub.

Milli.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub.

Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az