Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "KamAz "markalı yük maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Milli.Az