Kanadada atışma olub, ölən var

22 Yanvar 2022 21:03

Kanadanın Ontario ştatının şimalında, Toronto şəhərində atışma baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Hadisə gecə saatlarında dayanacaqlardan birində baş verib.

İlkin versiyaya görə, atışma iki avtomobilin sərnişinləri tərəfindən həyata keçirilib.

Hadisə yerində gənc oğlanın meyiti tapılıb.

Eyni ərazidə gecə saatlarında küçədə naməlum şəxslər daha bir nəfəri odlu silahdan yaralayıblar.

Milli.Az