"Real"ın futbolçusu üç oyunluq cəzalandırıldı

22 Yanvar 2022 20:56

"Real"ın müdafiəçisi Marselo İspaniya kubokunun 1/8 final mərhələsinin "Elçe" ilə oyunundan (2:1) sonra üç matçlıq cəzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, braziliyalı futbolçu sözügedən görüşdə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunu, görüşdən sonra hakimi tənqid etdiyinə görə daha iki matç buraxacaq.

Beləliklə, müdafiəçi İspaniya kubokunun 1/4 final mərhələsinin "Atletik"lə oyununda iştirak edə bilməyəcək və "kral klubu" turnirdə mübarizəni davam etdirsə, yarımfinal qarşılaşmalarında oynamayacaq.

Milli.Az