"Bitcoin" sürətlə ucuzlaşdı

22 Yanvar 2022 19:41

"Bitcoin"in qiyməti şənbə günü ticarət sessiyası zamanı 34,161 min dollara düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə CoinDesk portalı xəbər verib.

"Bitcoin" sonuncu dəfə bu səviyyədə 2021-ci ilin iyulunda satılıb.

Saat 14:48 üçün "Bitcoin"in qiyməti 9,01 faiz ucuzlaşaraq 35,486 min dollar təşkil edib.

Milli.Az