"Mançester Yunayted" onu satmaqdan imtina etdi

22 Yanvar 2022 19:19

"Mançester Yunayted" yarımmüdafiəçi Cessi Linqard üçün "Vest Hem"in göndərdiyi təklifi rədd edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Evening Standard" məlumat yayıb. Bildirilib ki, "qırmızı şeytanlar" "Vest Hem"i ölkə çempionatında əsas rəqiblərindən biri gördüyü üçün bu addımı atıb.

Qeyd edək ki, Linqard ötən mövsümün ikinci yarısını məhz "Vest Hem"də icarə əsasında keçirib, 16 matçda 9 qol vurub.

Milli.Az