Heydər Əliyev Sarayında “Knyajna Meri” dramatik tamaşasının premyerası baş tutacaq - VİDEO

22 Yanvar 2022 13:28

Yanvarın 23-də Heydər Əliyev Sarayında "Knyajna Meri" dramatik tamaşasının premyerası baş tutacaq. Azərbaycanda ilk dəfə səhnələşdiriləcək tamaşa M.Lermontovun "Zəmanəmizin qəhrəmanı" romanının motivləri əsasında hazırlanıb.

Heydər Əliyev sarayının mətbuat katibi Aytac Bağırlının məlumatına görə, tamaşanın baş dirijoru Vitaliy Kulbakov, rejissoru Tatyana Sambuk (Moskva), bədii ideyasının müəllifi Yelena Mikulinskayadır (Moskva).

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən tamaşada rollarda "Kinoaktyor Teatr-Studiyası"nın ən məşhur və sevilən aktyorları, Belarus Respublikasının Əməkdar artisti Aleksandr Timoşkin, Vera Polyakova, Yuri Baranov, Dmitri Eqorov, Yana Xodanoviç, həmçinin Dmitri Klimoviç və Marqarita Kiselite iştirak edəcəklər.

Belarus Respublikasının Prezident orkestrinin müşaiyəti və "Kinoaktyor Teatr-Studiyası"nın aktyorlarının iştirak ilə, dostluq, xəyanət, ölüm, dəhşətli və ehtiraslı sevgi haqqında danışılan hekayədə, yolu üzərində olan hər şeyi, hətta özünü belə məhv etməyə qadir olan insandan bəhs olunur.

Tamaşada Bi2, The Hatters, Dalida, Serge Gainsbourg və s. kimi məşhur qrupların və ifaçıların musiqiləri səslənəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az