Ermənistanda COVID-19-a yoluxanların sayı 350 mini ötüb

22 Yanvar 2022 18:36

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 940 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 350 897 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb. Hazırda Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8026 nəfərdir.

Milli.Az