Oğlu Baloğlan Əşrəfovdan danışıb ağladı - VİDEO

22 Yanvar 2022 15:18

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov "Üzbəüz" proqramının qonağı olub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Elşən atasından danışarkən göz yaşlarını saxlaya bilməyib."31 dekabr günü ad günüm idi. Həmin günü getdim atamın məzarının üstünə, orada keçirdim. Mənim ad günümdə hər zaman o bizə gəlirdi. Bu dəfə mən getdim" deyən, Elşən ağlayıb.

Qeyd edək ki, Baloğlan Əşrəfov ötən ilin aprelində koronavirusdan dünyasını dəyişib.

Milli.Az