"Yuventus" Duşan Vlahoviçin keçidi ilə bağlı "Fiorentina"ya təklif göndərib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi serbiyalı hücumçu üçün 32 milyon avro və futbolçusu Deyan Kulusevskini verməyə hazırdır.
Florensiya təmsilçisi bu təklifə hələ cavab verməyib. Bunadək "Arsenal" da Vlahoviçin keçidi üçün müraciət edib. London klubu 68 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, "Fiorentina" Duşanı 2018-ci ildə "Partizan"dan transfer edib.
Milli.Az