"Miraj"ın aktyoru vəfat etdi

22 Yanvar 2022 10:06

Keçmiş SSRİ-nin tanınmış latviyalı aktyoru Arnis Lisitis 76 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə onun həmyerlisi, idman fotoqrafı Ziqizmunds Zalmanis məlumat verib.

Arnis Lisitis 1946-cı il yanvarın 6-da Latviyanın Riqa şəhərində dünyaya gəlib. Onun atası Alfred Videnieks və anası Helqa Lisitin aktyor olub. Arnis Lisitis kinoda debütünü 1965-ci ildə edib. O, "Miraj", "İtirilmiş Sibir", "Günahkar saymaq", habelə İkinci Dünya müharibəsinə aid bir sıra filmlərdə aparıcı rollara çəkilib, keçmiş sovetlərin mərkəzi televiziyasının "Ağ tutuquşu" yumoristik televerilişində iştirak edib.

Milli.Az